EBOLA QIZDIRMASI – yoluxucu virus xәstәliyi. Hemorragik qızdırma qrupundandır. Mәrkәzi vә Qәrbi Afrikada yayılmışdır. Xәstәliyin inkubasiya dövrü 2–21 gündür. Virus Ebola çayı rayonunda tapıldığı üçün belә adlandırılmışdır. O, selikli qişa, habelә kiçik dәri zәdәlәri vasitәsilә orqanizmә daxil olur, qana vә limfaya keçir. Daxili vә xarici qanaxma ilә müşayiәt olunan xәstәlik ölümlә nәticәlәnir; ölüm tәhlükәsi 25– 90%-dir. İlk әlamәtlәri yüksәk temp-r, baş ağrıları, zәiflik vә әzәlә ağrılarıdır. Diaqnoz laboratoriya üsulu ilә dәqiqlәşdirilir.
M ü a l i c ә s i hәlәlik tam işlәnmәmişdir. Ağır hallarda kömәkçi müalicә tәdbirlәri aparılır. P r o f i l a k t i k a s ı gigiyena qaydalarına әmәl etmәk, dezinfeksiya tәdbirlәrlәri (natrium-hipoxloritlә donuzçuluq fermalarının dezinfeksiyası) görmәkdir. Virusa yoluxan insanlar dәrhal aşkar edilib, tәcrid olunmalıdır.