ƏBU MƏDYƏN Şueyb i b n әl-Hüseyn әl-Ənsari әl-Əndәlusi (?, Əndәlis, Qәtniyanә, indiki İspaniya, Sevilya әyalәti, Kantilyana – 1198, Əlcәzair, İsser, Ubbad k.) – Şimali Afrika sufi mütәfәkkiri. Əli ibn Qalibdәn fiqh dәrslәri almış, Əbül-Hәsәn ibn Hirzihimdәn tәsәvvüfü öyrәnmişdir. Hәcc ziyarәti zamanı Mәkkәdә bir çox alim vә sufi ilә görüşmüş, Əbdülqadir Geylanidәn hәdis dinlәmişdir. Onun qәrb islamındakı yeri Geylaninin şәrq islamındakı yerinә bәnzәdilir. İbn Ərәbi Ə.M.-dәn tәsirlәnmiş, әsәrlәrindә dәfәlәrlә onu xatırlamışdır. Ə.M.-in mәnsub olduğu mәdyәniyyә tәriqәtinin 20-dәn çox qolu var. Tövhid vә tәvәkkül haqqında maraqlı fikirlәri ilә diqqәt çәkәn Ə.M. kәramәtlәrә uymamağın, vәzlәrdә insanlara daha çox ümid vә müjdә vermәyin tәrәfdarı olmuşdur. Ə.M.-in “әl-Vәsiyyә” vә “әl-Əqidә” adlı iki risalәsi var.