ÉBRO – İspaniyanın şm.-ş.-indә çay. Uz. 928 km, hövzәsinin sah. 86,8 min km2. Kantabriya d-rının c. yamaclarından başlanır. Araqon düzәnliyidә axır. Aşağı axınında Kataloniya d-rını kәsәrәk Aralıq dәnizinә tökülür. Qışda vә yazda gursu- ludur (4 –6 m-әdәk sәviyyә qalxımı qeyd olunur). Ortaillik su sәrfi aşağı axınında, Tortosa ş. yaxınlığında 618 m3/san, maks. 8 min m3/san-dir. Saraqosa ş.-nәdәk gәmiçiliyә yararlıdır. Suvarmada geniş istifadә ounur. SES var. Miranda-de-Ebro, Loqron- yo, Tortosa, Saraqosa ş.-lәri E. sahilindәdir.
Ебро чайы.