ƏBU MÜSLİM Əbdür rәh man ibn Müslim (718/719, İsfahan, yaxud Mәrv – 12.2.755, Rum) – Xorasanda Əmәvilәr әleyhinә üsyanın rәhbәri. Üsyana başçılıq etmәk üçün 747 ildә Mәrvә gәlmişdir. İran kәndlilәri, bәzi әrәb tayfaları, qaçqın qullar, xürrәmilәr vә b. üsyanda iştirak edirdilәr. Ə.M. kәndlilәrә vergilәri azaldacağını, icbari işlәrә son qoyacağını vәd vermişdi. Ə.M.-in ordusu Mәrvi (747, dekabr – 748, yanvar), Nişapuru vә Tusu almış (748), Nәhavәnd yaxınlığında Əmәvilәrin ordusunu mәğlub etmiş (749), Böyük Zab çayı yaxınlığında onların üzәrindә hәlledici qәlәbә qazanmışdı (750 ilin әvvәli). Abbasilәr hakimiyyәtә keçdikdәn sonra Xorasanın canişini olmuşdur. Buxara vә Sәmәrqәndә yürüş etmiş (750), Talas çayı sahilindә Çin ordusunu mәğlubiyyәtә uğratmış (751) vә Mavәraünnәhrin (752) üzәrinә yerimişdi. Onun xalq arasında getdikcә artan nüfuzu Abbasilәri qorxuya salmışdı. Mәnsur hakimiyyәtә keçdikdәn sonra әmisi Abdullah xәlifәliyin ona mәxsus olduğunu iddia edәrәk üsyan qaldırmışdı. Ə.M. bu qiyamı yatırmış vә Abdullahın xәzinәsini әlә keçirmişdi (754). Xәlifә Mәnsur xәzinәnin mәrkәzә göndәrilmәsini tәlәb etmiş, lakin Ə.M. bu tәlәbi yerinә yetirmәkdәn boyun qaçırmışdı. Xorasana qayıtdıqdan sonra Ə.M.-in üsyan qaldıracağından çәkinәn Mәnsur mәrkәzdәn aralı saxlamaq mәqsәdilә Suriya vә Misir vil.-lәrinin idarәçiliyini ona vermiş vә Dәmәşqdә qalmasını әmr etmişdi. Ə.M. bununla razılaşmayaraq, ordusu ilә Xorasana yola düşmüşdü. Bu zaman xәlifә onun arxasınca yaxın adamlarından ibarәt elçi göndәrәrәk Ə.M.-i Ruma gәlmәyә razı salmışdı. Böyük ehtiramla qarşılanan Ə.M. xәlifәnin әmrinә әsasәn öldürülmüşdür. Sonra Əbumüslimiyyә tәriqәti meydana gәlmiş, Ə.M.-in soyundan olduqlarını iddia edәn vә ya bu imamәtә inananlar siyasidini üsyanlar qaldıraraq, onun intiqamını almaq üçün sәfәrbәr olmuşdular. Bunlar arasında İshaqın, Muğanna әl-Xorasaninin, Babәkin simasında Rizamiyyә, Xürrәmilәr hәrәkatlarını göstәrmәk olar.
İslam tarixinin önәmli şәxsiyyәtlәrindәn olan Ə.M. Mәrvdә vә Nişapurda mәscidlәr tikdirmiş, Mәrv vә Sәmәrqәndin müdafiә divarlarını tәmir etdirmişdi. İran, Şimali Qafqaz vә Mәrkәzi Asiyanın müqәddәs qәhrәmanlarından biri kimi qәbul olunmuş, hәyatından bәhs edәn Əbu Müslimnamәlәr yazılmışdır. Ə.M. vә onun tәrәfdarlarının adı ilә adlandırılmış Özb., İran, Azәrb., Dağ., Çeçenistan vә İnquşetiyada onlarla ziyarәtgah vardır. Xorasan әtrafındakı pirdәn başqa, Dağ.-ın Çurdaf k.-ndә Ə.M. ziyarәtgahı, Xunzax k.-ndә mәqbәrә, Çox k.-ndә Ə.M. ziyarәtgahı, İnquşetiyanın Txoba-Erdı mәbәdindә mәzar mәlumdur. Dәrbәnd, Axtı, Qala Qureyş, Qumuq, Riça vә digәr kәndlәrdәki mәscid komplekslәri Ə.M.-lә әlaqәlәndirilir. Azәrb.-ın Xınalıq k.-ndә (Quba r-nu) Ə.M. mәscidi var, hәmin r-nunun Qrız vә Cek kәndlәrindә Ə.M. mәscidlәrinin xarabalıqları qalmışdır.