Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBU NÜVAS

    ƏBU NÜVAS Hәsәn  ibn  Hani әl-Hәkami (tәqr.747–762, Əhvaz – tәqr. 810–813, Bağdad) – әrәb şairi. Atası Haninin әrәb olduğu ehtimal edilir. Anası Gülüban isә iranlı olmuşdur. Uzun saçları olduğuna görә “Ə.N.” (sallanan saç atası) adlandırılmışdır. Erkәn yaşlarında atasını itirmiş, anası ilә Bәsrәyә getmişdir. Orada şәxsiyyәtinin formalaşmasında mühüm rol oynamış Kufә şairi Valibә ibn Hübabla tanış olmuş, Yaqub ibn İshaq әlHәzrәmi, Yunis ibn Hәbib, Xәlәf әl-Əhmәr, Əbu Zeyd әl-Ənsari, Əbu Ubeydә Mamәr ibn Müsәnna kimi şәxslәrdәn dәrs almışdır. Dini vә dünyәvi elmlәri öyrәnmiş, әrәb dilinә dәrindәn yiyәlәnmәk üçün bir müddәt sәhrada bәdәvilәr arasında yaşamışdır. Bağdadda Harun әr-Rәşidin oğlanlarının tәrbiyәçisi olmuşdur. Şәrab vә eyş-işrәt barәdә şeirlәr yazdığına görә xәlifә tәrәfindәn dәfәlәrlә cәzalandırılmış, hәbsә salınmışdır. Bәrmәkilәrlә әlaqәlәri olmuş, onları mәdh etmişdir.

    Əxlaq normalarını aşan, eyş-işrәtdәn bәhs edәn vә dini mәzmun daşıyan şeirlәri, әhli-beyti, eyni zamanda Abbasilәri vәsf etmәsi Ə.N.-ı haqqında әn çox müzakirә vә mübahisәlәr aparılan әrәb şairlәrindәn birinә çevirmişdir. Əbül-Fәrәc İsfahani “Kitab әl-Əğani” әsәrinin tәxminәn bir cildini ona hәsr etmişdir. Ə.N. öz dövründә әfsanәvi şәxsә çevrilmiş, “Min bir gecә” vә digәr әrәb nağıllarında adı çәkilmişdir. Ə.N.-ın şiә, xarici, şüubi, mötәzili, mani, deist, hәtta dinsiz olması barәdә fikirlәr var. Şeirlәrindә әrәb klassik әnәnәlәrinә riayәt etmәmiş, qәsidәnin daxili quruluşunu istәdiyi kimi dәyişmişdir. Ənәnәvi üslub vә ifadә qәliblәrindәn çıxaraq, söz yaradıcılığı vә mәna baxımından poeziyaya yeniliklәr gәtirmişdir. Şeirlәri alman, fransız, fars dillәrinә tәrcümә edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç