EDELVÉYS, l e o n t o p o d i u m (Leon- topodium) – mürәkkәbçiçәklilәr fәsilәsindәn çoxillik ot bitkisi cinsi. Çiçәk qrupu az-çox sıxlıqlı yumaqcıqlar, yaxud mürәkkәb yarımçәtirlәr (bәzәn tәk sәbәtciklәr) kimi topalanmış sәbәtcikdir; adәtәn, E.-ә xas “ulduz” fiquru әmәlә gәtirәn keçә tüklü uc yarpaqları ilә әhatәlәnmiş olur. Avrasiya d-rında (Qafqaz vә Ön Asiyadan başqa) 30-adәk növü mәlumdur. Şәrqi Sibir vә Uzaq Şәrqdә 6–8, Orta Asiyada 2, Karpat d-rında 1 növü bitir. Başlıca olaraq dağ-çöl vә yüksәk dağlıq qurşaqlarda (5000 m-әdәk yüksәklikdә) olur. Alp E.-i (L.alpinum) xüsusilә çox yayılmışdır. Qeyri-adi gözәlliyinә görә çox dәrilәn E.-in, demәk olar ki, nәsli kәsilmişdi. “Qırmızı kitab”a daxil edilmiş vә mühafizә olunur. Dәlicincilimin bir növü hәmçinin Krım E.-i adlanır.
Алп еделвейси (Leontopodium alpinum).