“EDELVÉYS” (alm. “Edelweiß” – “ağ Alp gülü”) – 1) Böyük Vәtәn müharibәsi gedişindә almanların 1942 ilin yayında Qafqazı işğal etmәk planının kodlaşdırılmış adı. Baş Qafqaz silsilәsini q.-dәn vә ş.-dәn, eyni zamanda aşırımları şm.-dan keçmәklә Şimali Qafqazı, sonra isә Cәnubi Qafqazı işğal etmәyi nәzәrdә tuturdu. 2) Cәnubi Almaniya, Bavariya vә Avstriyanın dağ r-nlarının әhalisindәn komplektlәşdirilmiş vә dağlarda qar xәttindәn yuxarıda hәrbi әmәliyyatların aparılması üzrә tәlim keçmiş vermaxtın 1-ci dağ-atıcı diviziyasının adı. “E.”-in dağ yegerlәri (alm. Gebirgsjäger) 1942– 43 illәrdә Şimali Qafqaz uğrunda döyüşlәrdә iştirak etmişlәr.