EDİFİKATORLAR (lat. aedificator – inşaatçı) – mühitәmәlәgәtirici xüsusiyyәtә malik bitki növlәri; bitki qruplaşması olan fitosenozun әsasını tәşkil edir vә xeyli dәrәcәdә onun növ tәrkibini müәyyәnlәşdirir. Mühitә vә dolayısı ilә qruplaşmadakı digәr bitkilәrә güclü tәsir göstәrir. Küknar meşәliyindә küknar, yovşanlıqda yovşan edifikatordur. Mәs., küknar meşәlikdә sıx çәtir әmәlә gәtirmәklә yağıntının 50%-ә qәdәrinin yerә düşmәsinin qarşısını alır vә işığı az buraxır. Bununla әlaqәdar sıx küknar meşәliyindә alaqaranlıq hökm sürdüyü üçün burada yalnız kölgәyәdavamlı bitkilәrin yaşaması mümkündür. Bundan başqa, küknarın çәtiri altında su buxarının vә karbon qazının çoxalması, hәmçinin temp-run gündüzlәr aşağı, gecәlәr isә yüksәk (qonşu açıq sahәlәrlә müqayisәdә) olması meşә daxilindә ortaillik temp-ra tәsir göstәrir. Fitosenozun tәrkibinin 60–70%-ini E. tәşkil edir.