Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBU SÜLEYMAN SİCİSTANİ

    ƏBU SÜLEYMAN SİCİSTANİ (), Ə b u S ü l e y m a n  M ә h ә m m ә d  i b n  T a h i r ә s - S i c i s t a n i ә l - M ә n t i q i (?, İran, Sicistan, indiki Sistan – tәqr. 1001, ?) – islam filosofu. Farabinin tәlәbәsi Yәhya ibn Ədidәn dәrs almışdır. Əbu Hәyyan Tövhidinin müәllimi olmuşdur. Onunla Tövhidi arasındakı münasibәt Platon vә Sokratın münasibәti ilә müqayisә edilir. Fәlsәfi fikirlәrini tam şәkildә ehtiva edәn heç bir әsәri dövrümüzәdәk gәlib çatmadığından, ide yaları, әsasәn, Tövhidinin “Əl-İmta vәlmüanәsә” vә “Əl-Müqabisat” әsәrlәrindәn öyrәnilir. Ə.S.S.-yә görә, fәlsәfә hiss vә ağılla qavranılan fiziki vә metafizik varlıqları tәqliddәn uzaqlaşaraq obyektiv yanaşma ilә araşdırmaq, bütünlükdә vә ayrı-ayrılıqda әldә olunan faktları tutuşdurmaq, bunları tәcrübә vә dini әxlaq vasitәsilә rasional şәkildә gerçәklәş dirmәkdir. O, bütün kosmoloji sistemi dörd tәbәqәdә ümumilәşdirirdi: 1) Allah mütlәq varlıq vә ilkin sәbәbdir; 2) ilkin, yaxud külli (universal) ağıl ilkin yaranış vә bәsit ilahi substansiyadır; 3) külli nәfs (universal can) varlıq qanunları ilә tәbiәt arasında qәrarlaşan vә ağıl tәrәfindәn ehtiva olunan ilahi qüvvәdir; 4) tәbiәt ilahi qaynaqdan әn uzaq olan, buna görә dә yaranma vә mәhvolmaya mәruz qalan maddi alәmdir. Ə.S.S. ağlın üç mәrhәlәsini müәyyәnlәş dirirdi: әn yüksәk mәrhәlә olan vә ağlın potensiyasını reallaşdırmağa xidmәt edәn “fәal ağıl”, әn aşağı mәrhәlә olan potensial “hәyulani ağıl” vә aralıqda qәrarlaşaraq, potensial vә real formaları ehtiva edәn “müstәfad ağıl”. O, nәfsi insanın әslini tәşkil edәn, dәyişmәyәn vә mәhv olmayan bәsit cövhәr kimi, ruhu isә bәdәnlә nәfs arasında qәrarlaşan, canlılığı tәmin edәn, dәyişә bilәn “lәtif cisim” vә nәfsin fiziki bәdәnә tәsir vasitәsi kimi sәciyyәlәndirirdi. 10 әsrdә aktuallaşmış әrәb dili vә yunan mәntiqi mövzusuna toxunan Ə.S.S. qrammatikanı dilin mәntiqi, mәntiqi isә ağlın qrammatikası hesab edirdi. Filosofa görә, mәntiqçinin vәzifәsi sözlәrә toxunmadan anlayışlar üzәrindә işlәmәk, dilçinin vәzifәsi isә anlayışlara zәrәr vermәdәn sözlәr üzәrindә qәrar tutmaqdır. O, ağlın yanlış qәrarına, yaxud tәxәyyülә әsaslanan “söz yarışması” adlandırdığı kәlam elmi ilә mәşğul olanları ciddi tәnqid edirdi. Dinin fәlsәfә ilә sintezini qәbul etmәyәn Ə.S.S.onların bir-birindәn asılı olmadan ayrıayrılıqda әhәmiyyәtli olduğunu qeyd edir, eyni zamanda dinin fәlsәfәdәn üstünlüyünü vurğulayırdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç