EDRİAN, A d r i a n Edqar Duqlas (30.11. 1889, London – 4.8.1977, B.Britaniya, Kembric) – ingilis fizioloqu. Nobel mükafatı laureatı (1932, Ç.Şerrinqtonla birlikdә). London Kral Cәmiyyәtinin üzvü (1923 ildәn) vә prezidenti (1950–55). K.Lukasın tәlәbәsi olmuşdur. Kembric Un-tini bitirmiş (1915), Triniti kollecindә (1937 ildәn prof.,1951 ildәn rektor) fiziologiyadan mühazirәlәr oxumuşdur. Әsәrlәri hiss orqanları vә sinir ötürücülәrinin elektro fiziologiyasına hәsr edilmişdir. Fizioloji tәdqiqatlarda elektronikanın tәtbiqinin әsasını qoymuşdur. Tәk sinir liflәrindә vә sinir uclarında ilk dәfә eksperimentlәr aparmışdır. 1934 ildәn beynin elektrofizioloji tәdqiqi, onun funksiyalarının pozulmasının öyrәnilmәsi ilә mәşğul olmuşdur.
Ә s ә r l ә r i: The physical background of per ception. Oxf., 1947; Factors in mental evolution. Oxf., 1960; в рус. пер. Основы ощущений. Деятельность органов чувств. [М.], 1931; Механизм нервной деятельности... М.–Л., 1935.