EDUÁRD PLATOSU (Edwards Plateau) – ABŞ-ın c.-unda, Texas ştatında plato. Rio-Qrande vә Kolorado çaylarının dәrәlәri arasındadır. Böyük düzәnliklәrin bir hissәsidir. Hünd. 700–800 m. Sәthi çayların kanyonvarı dәrin dәrәlәri ilә parçalanmışdır. Quru-çöl otları, sukkulentlәr, kolluqlar üstünlük tәşkil edir. Otlaq sahәlәri kimi istifadә olunur.