ƏBU TƏMMAM ( ), H ә b i b i b n A u s ә t - T a i (tәqr. 796, Dәmәşq yaxınlığında Casim k. – tәqr. 843, Mosul) – әrәb şairi. Atasının Teodos adlı xristian olduğu, Ə.T.-ın sonradan bu adı Aus etdiyi bildirilir. Misir, Şam, Bağdad, Xorasan, Hәmәdan vә Qәzvindә olmuşdur. “Hәmasә” toplusunu vә bir sıra başqa әsәrini Hәmәdanda yazmışdır. Bәzi şeirlәrindә xürrәmilәrlә döyüşdә iştirak etmiş әrәb sәrkәrdәlәri Mәhәmmәd ibn Humeyd Tusini, Əbu Sәid Mәhәmmәd ibn Yusifi, Mәhәmmәd ibn Xalidi, elәcә dә Azәrb. hakimlәrindәn Xalid ibn Yәzidi mәdh etmiş, Xәlifә Mötәsimә vә Afşinә mәdhiyyәsindә Babәklә döyüşdәn söz açmışdır. Hәmin vaxtlarda Azәrb.-da olması barәdә mülahizәlәr var. Ömrünün sonuna yaxın Mosula getmiş, ölümünә qәdәr şәhәrin poçt rәisi işlәmişdir. Şeirlәrindә әnәnәvilik güclü olduğuna, mürәkkәb ifadә vә tәsvir vasitәlәrindәn, elәcә dә nadir hallarda işlәnәn sözlәrdәn istifadә etdiyinә görә Ə.T.
ümumi oxucu kütlәsinin diqqәtindәn kәnarda qalmış, çox zaman әdiblәr tәrәfindәn dә qәbul edilmәmişdir. Divanına daxil olan şeirlәrin әksәriyyәti mәdhlәrdәn, az hissәsi isә mәrsiyә, fәxriyyә, hәcv vә zühdiyyatdan ibarәtdir. Divanı dәfәlәrlә çap edilmişdir (Beyrut, 1889; Bombey, 1856; Qahirә, 1941, 1942, 1957; Dәmәşq, 1967). “әl-Hә masәt әl-Kübra” (yaxud “әl-Hәmasә”), “әl-Hәmasәt әs-Suğra” (yaxud “әl-Vәhşiyyat”), “Fuhul әş-şüәra”, “әl-İxtiyar әl-qә bail әl-әkbәr”, “әl-İxtiyar әl-qәbail әl-әsğәr” vә s. şeir antologiyaları var. 465 şairin şeirlәrini әhatә edәn “әl-Hәmasә” tәqr. 37 dәfә, o cümlәdәn Xәtib Tәbrizi tәrәfindәn şәrh olunmuş, ilk dәfә Kәlkәtәdә nәşr edilmişdir (1856). Ə.T. әrәb şairlәri Mütәnәbbi, Mәәrri vә b.-nın yaradıcılığına güclü tәsir göstәrmişdir.