ƏBUBƏKR İBN XOSROV әl-USTAD (? –?) – 12 әsr Azәrb. şairi vә nasiri. Şair dövrü, mühiti, hәyatı vә yaradıcılığı haqqında bilgini özünün uzun müddәt elm alәminә namәlum qalan irihәcmli nәsr vә nәzmlә yazılmış “Munisnamә” әsәrindә vermişdir. Əsәrin әlyazma nüsxәsi 20 әsrin 70-ci illәrindә ingilis alimi Q.M.Merldit-Ouens tәrәfindәn aşkar edilmiş, haqqında Azәrb.-da Z.Bünyadov, R.Əliyev mәlumat vermişlәr. “Munisnamә” ayrı-ayrı mövzularda bir neçә hökmdarın adına yazılmış topludur vә “Munisnamә”, “Sәnәm vә Əcәm”, “Əlfiyyә vә Sәlfiyyә” kitabına tәnqid, “Rahәtüssüdür”, “Nüshәtül-mәcaliz”, “Mәnsur vә Mәrcan”dan ibarәtdir. Əsәrlәrini Mәhәmmәd Cahan Pәhlәvana, Nüsrәtәddin Qızıl Arslana vә Əbu bәkr ibn Mәhәmmәdә tәqdim etmәsi faktı Ə.-in 12 әsrdә yaşadığını, Xaqani vә Nizamini müsiri olduğunu tәsdiqlәyir. Ə. qәdim Şәrq vә Qәrb fәlsәfәsi ilә, qonşu ölkәlәrdә baş verәn bir sıra ictimaisiyasi hadisәlәrlә yaxından tanış idi. “Ustad” lәqәbi alması müәllimlik fәaliyyәti ilә bağlı olmuşdur. Ə. “Munisnamә”dә Azәrb. xalq yaradıcılığından, xüsusilә mәhәbbәt dastanlarından orijinal şәkildә bәhrәlәnmişdir. Topluya daxil olan әsәrlәrdә әxlaqi-didaktik fikir başlıca yer tutur. Əhvalatlar müxtәlif ölkәlәrin hәyatı ilә bağlıdır. Süjetlәrdә tarixilik vә rәvayәtçilik vәhdәt tәşkil edir. “Munisnamә”yә daxil olan bütün әsәrlәri birlәşdirәn ana xәtt insan tәrbiyәsi problemidir.