ƏBUKİR VURUŞMASI (1798) – Napoleonun Misir sәfәri (1798–1801) zamanı Misirdә, Nil çayının Aralıq dәnizinә töküldüyü yerdә – Əbukir burnunda avqustun 1–2-dә B.Britaniya (14 gәmi; kontradm. H.Nelsonun komandanlığı altında) ilә Fransa (17 gәmi; vitse-adm. F.Bryuesin komandanlığı ilә) eskadraları arasında baş vermişdir. Qәfil hücumları, ekipajın әla tәlim keçmәsi, komandanlığın cәsarәtli hәrbi әmәliyyatları sayәsindә ingilis donanması qәlәbә qazandı. Ə.v. nәticәsindә I Napoleonun Misirdәki 30 minlik ordusunun Fransa ilә әlaqәsi kәsildi; bu, ingilislәrә 1801 ildә İsgәndәriyyә yaxınlığında qәti
qәlәbә qazanmağa imkan verdi.