ƏBUSİR – Qahirәdәn (Misir) 25 km c.-q.-dә, Nil çayının sol sahilindә e.ә. 3-cü minilliyin ortaları – 1-ci minilliyin ortalarına aid Qәdim Misir nekropolu (Memfis nekropollarından biri). 1898–1908 illәrdә alman arxeoloqu L.Borхardt, 1960-cı illәrdәn çex ekspedisiyası (M.Verner, L.Bareş) vә b. tәrәfindәn tәdqiq olunmuşdur. V sülalә fironlarının piramida komplekslәri (o cümlәdәn fironun arvadı Xentkausun piramidası; piramidayanı mәbәdlәrdә papirus arxivlәri aşkar edilmişdir), hәmçinin heykәllәri, divar rәsmlәri vә relyeflәri olan mastabalar; V sülalәnin çarı Userkafın Günәş mәbәdi; Son Çarlıq dövrünә aid şaxta sәrdabaları (o cümlәdәn XXVI sülalәnin mәmurlarından birinin qarәt olunmamış sәrdabası: naxışlı sarkofaq, qablar, mebel vә s.) aşkar edilmişdir.
Ябусир пирамида комплексляри.