ƏBUS-SAC Divdad ibn әd-Divdast (?–879) – Abbasilәr xilafәtinin sәrkәrdәlәrindәn biri. Sacilәr sülalәsinin banisi. Mәnşәcә türkdür. Xәlifә qoşunları tәrkibindә 837 ildә Babәk, 839 ildә isә Azәrb.-da Xilafәtә qarşı çıxmış Minkicәvr әl-Fәrqani vә Tәbәristanda üsyan etmiş Mәzyarla aparılan döyüşlәrdә iştirak etmişdir. Ə.-S. 865 ilәdәk Mәkkә yolunun rәisi olmuşdur. Xәlifәlik uğrunda Müstәin [862–866] vә Mütәzz [866–869] arasında gedәn mübarizәdә Mütәzzi müdafiә etmiş, Müstәinin qoşunlarını üç dәfә mәğlubiyyәtә uğratmışdı. 866 ildә Kufәyә hakim tәyin edilәn Ə.-S. yenidәn Mәkkә yolunun rәisi vәzifәsinә qaytarılmışdı. 868 ildә xәlifә Mütәzz Ə.-S.-ı Hәlәbin vә Bizansla sәrhәd r-nlarının hakimi tәyin etmişdi. Ə.-S. 870–874 illәrdә Ərminiyyәdә üsyan qaldırmış Əhmәd ibn Şeyx vә b. mütәqәlliblәrlәmübarizә aparmışdır. 874 ildә zincilәrә mәğlub olan Ə.-S. vәzifәdәn götürülmüşdür.