ƏBÜL-ABBAS әl-ƏMA (), S a i b i b n F ә r r u x Ə b ü l -A b b a s ә l - Ə m a (? – tәqr. 757) – Azәrb. әsilli әrәb şairi. Hәyatı haqqında
mәlumat çox azdır. Ərәb filoloqu vә tarixçisi İbn Quteybә (9 әsr) onun azәrb. olduğunu qeyd etmişdir. Ə.-A. әl-Ə-nın Mәdinәdә doğulduğu ehtimal olunur. Ömrünün әsas hissәsini Mәkkәdә yaşamışdır. Abdullah ibn Zübeyr Hicazı tutduqdan sonra onu Taif ş.-nә sürgün etdirmişdir. Yaradıcılığı, әsasәn, Əmәvilәrә mәdhiyyәlәrdәn vә onların siyasi rәqibi olan Zübeyrilәrә hәcvlәrdәn ibarәtdir. Şeirlәrinin yalnız cüzi bir hissәsi dövrümüzәdәk gәlib çatmışdır. Əldә olan mәdh vә hәcvlәri sırf siyasi xarakter daşıyır. Ərәb şairi Ömәr ibn Əbu Rәbiә (644–712) ilә qarşılıqlı hәcvlәri onun poetik istedadını qiymәtlәndirmәk cәhәt dәn mühüm mәnbәdir.
Əd.: M a h m u d o v M. Ərәbcә yazmış azәrbaycanlı şair vә әdiblәr. B., 2006.