Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBÜLBƏRƏKAT

    ƏBÜLBƏRƏKAT ( ), Ə b ü l b ә r ә k a t Ə v h ә d ü z - z a m a n H i b ә t u l l a h i b n Ə l i i b n M ә l k a ә l B a ğ d a d i (? – tәqr. 1152) – filosof vә tәbib. Hәyatı haqqında mәlumat azdır. Yәhudi ailәsindә dünyaya gәlmişdir. Müxtәlif mәnbәlәrdә Əvhәdüz-zaman, Seyyidül-hükәma, Feylәsufül-әvan kimi lәqәblәrlә xatırlanır. Bağdad mühitindә yetişәn Ə.-ın müәllimlәrindәn yalnız Əbül-Hәsәn Sәid ibn Hibәtullahın adı çәkilir. Bir neçә hökmdar vә әmirin yanında çalışan Ə. islam dinini qәbul etdikdәn sonra xәlifә Müktәfi-Liәmrillaha [1136–60] xidmәt etmiş vә onun tәklifi ilә “Mәqalә fil-әql” risalәsini yazmışdır. Başda Platon vә Aristotel olmaqla İbn Sina, Yәhya әn-Nәvi vә Əbu Bәkr әr-Razinin fikirlәrindәn faydalanmış, öz görüşlәrini әn mәşhur әsәri olan “Əl-Kitabül-mötәbәr fil-hikmәt”dә [“Hikmәtә dair mötәbәr (yaxud düşün cәlәrdәn ibarәt) kitab”] sistemlәş dirmişdir. Əsәr üç hissәdәn ibarәtdir: 1) mәntiq; 2) tәbiyyat vә psixologiya; 3) ilahiyyat. Ə. kitabın quruluşunu İbn Sinanın “әş-Şәfa” әsәrindәn götürmüşdür. Müәllif әsәrdә “varlıq kitabı” (“sәhifәtül-vücud”), yaxud hәqiqәtin әsl mәnbәyi hesab etdiyi vә “varlıq nüsxәsi” (“nüsxәtül-vücud”) adlandırdığı “nәsnәlәr dünyası”nı incәlәdiyini bildirir. Filosofa görә, varlıq içindә nöqsan olmayan bir kitab, Allahın varlıq haqqındakı elmi isә “ümmül-kitab”dır (“kitabın anası”). Varlıq kitabını yazan Allahdır vә bu kitabı oxumaq “bәsirәt sahiblәri” üçün hәr hansı bir filosofun kitabını oxumaqdan daha sadә vә faydalıdır. Ə. mәntiq sahәsindә mәşşai әnәnәyә sadiq qalmış, mәntiqin yalnız istilahları (“lәfzlәr”) deyil, anlayışları öyrәndiyini bildirmәklә mәşşai әnәnәsindәn ayrılmışdır. İnsanın bilgi әldә etmәsindә ilkin bilgilәrin (tәriflәrin) rolunu xüsusi vurğulamış, Aristotel vә müsәlman mәntiqçilәrindәn fәrqli bir yanaşma ilә tәrifin növlәrini bilginin dәyәri baxımından hәdd, rәsm vә tәmsil olaraq sıralandırmışdır. Hәdd bilinmәsi istәnilәn şeyi özünә aid (zati) xüsusiyyәtlәri ilә ifadә edәn tәrifdir. Rәsmdә isә keçici xüsu siyyәtlәr әks olunur. Bu baxımdan insanı “düşünәn canlı” kimi tanıdan tәrif hәdd, “oxuyub-yazan canlı” kimi tanıdan tәrif isә rәsmdir. Tәmsil (analogiya) bir şeyi öz bәnzәrlәri, bir bütövü ayrı-ayrı hissәlәri, yaxud bir mücәrrәd mәfhumu konkret şeylәrlә tanıtma metodudur. Tәmsil epistemoloji dәyәri baxımından digәr iki növdәn sonra gәlsә dә, xüsusilә tәhsildә faydalı metodlardan biridir. Ə. öz naturfәlsәfәsindә cismin әn başlıca xüsusiyyәtinin hәrәkәt olması üzәrindә tәmәrküzlәşәn aristotelçi görüşlәri qәbul etmiş, hәrәkәtin növlәri mövzusunda mәşşailәrin izi ilә getsә dә, mәkan vә zaman anlayışlarında onlardan ayrılmışdır. Mәşşailәrin “hәrәkәt olmadığı halda zaman da yoxdur” ideyasını rәdd edәn Ə. zamanın hәrәkәtdәn öncә gәldiyini bildirәrәk, aristotelçilәrin öz görüşlәrini isbatlamaq üçün “Əshabi-kәhf ” hadisәsini dәlil gәtirmәlәrinә qarşı çıxmış, mağarada yatanların yuxu vәziyyәtindә hәrәkәtsiz olduğu üçün zamanı yaşamadığını deyil, zamanın onların şüurunda olmadığını göstәrmişdir. Filosof İbn Sinanın zamanı cismin bir әrәzi (aksidensiyası) kimi qiymәtlәndirmәsini yanlış hesab etmişdir. Belә ki, insan zehni zamanı cisimdә, yaxud varlıqda deyil, varlığı zamanda qavrayır. Ə.-a görә, mütlәq zaman anlayışına sahib ola bilәn insan keçmişin, indinin vә gәlәcәyin şüuruna yiyәlәnir. Bu halda zamanı hәm zehni, hәm dә ontoloji bir gerçәklik kimi göstәrәn Ə.-ın fikrincә, zaman hәrәkәtin deyil, varlığın ölçüsüdür vә buna görә, var olan hәr şey zamana tabedir. Hәtta Tanrı da zamandan xaric deyil. Bu sәbәbdәn dә zamanın başlanğıcı olmadığı kimi sonu da yoxdur. Ə. psixologiyaya dair mәsәlәlәrdә İbn Sinada olduğu kimi, can mövzusunu “Tәbiyyat” bölmәsindә araşdıraraq, Platonun nәbati, heyvani vә düşünәn can tәsnifini qәbul etmişdir. O, can haqqında hәm Aristotelin “bәdәnin bir funksiyası”, hәm dә Platonun “bәdәni hәrәkәt etdirәn sadә bir cövhәr” tәrifini natamam hesab etmişdir. Filosofun fikrincә, bu tәriflәr canı “mәn”dәn ayrı, sırf maddi, yaxud mücәrrәd varlıq kimi göstәrir. Can bәdәnә daxil olan potensiya olub, qeyri-maddidir; bu potensiya bәdәndә müxtәlif davranış vә hәrәkәtlәri yaradır. Can öz-özlüyündә ayrı-ayrı
    potensial qüvvәlәrә malik deyil; tәk, tam vә bölünmәz olan can vә onun “idrak alәtlәri” vardır. Can qeyri-cismani ağıldır vә o, bәdәnlә birlikdә mövcuddur. Bütün planetlәrin vә ulduzların sәmavi canları mövcuddur. Ə. “Əl-Kitabül-mötәbәr”in “İlahiyyat” hissәsinin әvvәlindә öz epistemologiyasını vә bu baxımdan mәşşailәrlә başlıca fikir ayrılıqlarını ortaya qoyur. Ona görә, idrak vә bilginin meydana gәlmәsi subyekt vә obyekt arasındakı münasibәtin nәticә sindә reallaşır. Farabidә olduğu kimi, Ə. da bilgilәrin tәsnifini maddi varlıqlar haqqında, mәhfumlar haqqında, sözlәr vә mәnalar haqqında bilgilәr (“elmül-әlfaz vәl-kinayat”) şәklindә verir. Ə.-a görә, varlıq idrakdan öncә gәlir. Bәzi şeylәrin insanların bir qismi, yaxud әksәriyyәti tәrәfindәn dәrk edilmәmәsi onların yoxluğuna dәlalәt etmir. Çünki “idrak varlığın şәrti deyil, varlıq idrakın şәrtidir”. Bununla bәrabәr, filosof konsep tualist bir yanaşma ilә zehni varlıqların (mәhfumlar vә formalar) idrak edәnlәr tәrәfindәn fәrqli şәkildә qәbul olun duğunu da göstәrmişdir. “Vücud” vә “mövcud” anlayışlarını fәrqli mәnalarda işlәtmiş, zehnin heç bir xarici tәcrübәdәn asılı olmadan açıq-aydın qavradığı mütlәq varlığa vücud, duyğularla dәrk edilәn xarici varlığa isә mövcud adını vermişdir. İbn Sina, Sührәvәrdi vә Dekart kimi Ə. da insanın varlığı dәrk etmәsinin çıxış nöqtәsi kimi öz “mәn”ini qavramağı ön plana çәkirdi. Şeylәrin öz mövcudiyyәtlәrini Tanrının varlığından aldıqları üçün әrәz vә mәcazi varlıq olduqlarını bildirmәklә vәhdәti-vücud fәlsәfәsinә yaxınlaşırdı. Ə.-ın sifәtlәrlә (ilahi atributlar) bağlı görüşlәrindә әşәrilәrin (bax Əşәriyyә), xüsusilә Cüveyni vә Qәzzalinin tәsiri hiss olunur. İslam tarixindә özünәmәxsus yeri olan Ə.-ın fәlsәfi sistemindәn başda Fәxrәddin Razi olmaqla, Nәsirәddin Tusi, Şeyx Şәrif Cürcani, Cәlalәddin Dәvvani vә b. faydalanmışlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç