ƏBÜL-ƏSVAR ŞAVUR, I Şavur (? –19.11.1067, Gәncә) – Şәddadi hökmdarı [1049–67]. I Fәzl ibn Mәhәmmәdin oğludur. 1022–49 illәrdә Dәbil әmiri olmuşdur. Z.-Ə.Ş. gürcülәr vә onlarla ittifaqda olan Şirvanşahlara qarşı müharibәlәr aparmışdır. Şәddadilәr dövlәtinin qüvvәtlәnmәsindәn ehtiyatlanan vә Cәfәrilәrin idarә etdiyi Tiflis әmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağlamış, 1062 ildә alanların Dәryal keçidini aşıb Azәrb.-a hücum etmәsinә şәrait yaratmışdı. Bu zaman Ə.-Ə.Ş. Gәncәnin müdafiәsini güclәndirmәk mәqsәdilә şәhәr әtrafını qala divarları möhkәmlәndirmiş vә xәndәklәr qazdırmış, 1063 ildә mәşhur dәmir darvazanı düzәltdirmişdi (hazırda bir tayı Gürc.-ın Gelati monastırında saxlanılır; usta İbrahim Osman oğlu). Şәddadilәr Dәbili әldәn vermәmәk, habelә onlardan asılı olan Ani әmirliyini müdafiә etmәk üçün ermәnilәrә vә onların müttәfiqi Bizansa qarşı da uğurla mübarizә aparmışlar. 1054 ildә I Toğrulun Gәncәyә hücumu zamanı Ə.-Ə.Ş. sәlcuqlara müqavimәtsiz tabe olmuş vә onlardan vassal asılılığını qәbul etmişdi. Bizansa vә onların tәhriki ilә tez-tez Azәrb. torpaqlarına hücum edәn ermәni-gürcü qoşunlarına qarşı birgә mübarizә aparmaq barәdә razılığa gәlmişdilәr. 1067 ildә Ə.-Ə.Ş.-un ölümündәn sonra Şәddadilәr sülalәsi xeyli zәiflәdi.