ƏBÜL-FƏRƏC İSFAHANİ Əli ibn Hüseyn әl-Qureyşi (897, İsfahan – 967, Bağdad) –әrәb şairi, alim. Bağdadda İbn Dureyd, Əbu Bәkr Ənbari, Əbu Bәkr Suli, Cәfәr ibn Qudama, İbn Cәrir Tәbәri kimi alimlәrdәn dәrs almışdır. Bәsrә, Kufә, Əhvaz, Antakya vә s. şәhәrlәrә sәyahәt etmişdir. Divanından ümumilikdә 172 beyti әhatә edәn 25 şeir parçası qalmışdır. Ə.-F.İ. yenilikçi şair olmuş, әsasәn, İbn Mütәzdәn tәsirlәnmişdir. Klassik әnәnәlәrdәn fәrqli olaraq, şeirlәri müqәddimәsiz başlayır. Dili sadә vә anlaşıqlıdır. Mövzuları adi hәyatdan götürmüşdür. Çox kәskin hәcvlәr yazmışdır. 30-a yaxın әsәri olduğu bildirilsә dә, dördü dövrümüzәdәk gәlib çatmışdır: “Kitab әl-Əğani”, “Mәqatil üt-talibin”, “Əl-İma әş-şәvair” (1894, Beyrut) vә “Ədәb ül-qürәba” (1972, Beyrut). 20 cildlik “Kitab әl-Əğani” kitabında 6 әsrdәn 10 әsrin әvvәllәrinә qәdәrki әrәb mahnı vә şeir nümunәlәri, hadisә vә rәvayәtlәr, bir sıra şair, bәstәkar vә müğәnnilәrin әtraflı tәrcümeyi-halı verilmişdir. Əsәr dәfәlәrlә nәşr olunmuşdur (Bulaq, 1868; Leyden, 1888; Qahirә, 1905; Beyrut, 1955–64 vә s.). Cәfәr ibn Əbu Talibin öldürülmәsindәn (629) Abbasi xәlifәsi Müqtәdir Billahın [908–932] dövrünә qәdәrki әhlibeyt şәhidlәrinin tәrcümeyi-hallarını vә öldürülmә tarixlәrini әhatә edәn “Mәqatil üt-talibin” (926) әsәri Tehranda (1889), Bombeydә (1893), Nәcәfdә (1934) vә Qahirәdә (1949) çap edilmişdir.