EFEMEROİDLӘR (efemerlәr + yun. είδος – növ) – çoxillik ot bitkilәri. Yerüstü orqanları payızdan yazadәk inkişaf edir vә yayda quruyur; yeraltı (soğanaqlar, kök yumruları) orqanları isә bir neçә il qalır. Sәhra, yarımsәhra vә bozqırlar üçün (dağlalәsi, cil vә qırtıc növlәri), hәmçinin enliyarpaqlı meşәlәr üçün (Sibir zümrüdçiçәyi, zöhrәotu, qaymaqçiçәkli әsmә, mahmızlalә növlәri) sәciyyәvidir.
Сибир зцмрцдчичяйи (Scilla siberica).