EFFÉKTORLAR, f i z i o l o g i y a d a – 1) refleks qövsü (әzәlә, vәzi) neyronlarının son elementi. Periferik orqanlara vә toxumalara impulsları mәrkәzi sinir sisteminin E.-ı ötürür. 2) E., yaxud effektor orqanlar insan vә heyvan orqanizminin xarici vә daxili qıcıqlandırıcılara cavab reaksiyasını hәyata keçirir vә ya әmәk fәaliyyәtindә iştirak edir. Cavabın xarakteri vә onun müәyyәn mәqsәdә yönәlmәsindәn asılı olaraq E. müxtәlif orqanları (mәs., fiziki әmәk zamanı – әzәlәlәr, qan damarları, ürәk, daxili sekresiya vәzilәri vә s.) işә salan dinamik sistemlәr әmәlә gәtirir. E.-a hәmçinin xromatoforlar, işıqsaçma orqanları, elektrik orqanları vә s. aiddir. E.-ın tәnzimlәnmәsi hәm orqanlar, hәm dә hüceyrә vә hüceyrәaltı törәmәlәr sәviyyәsindә baş verir, işәsalma (işin başlanğıcı vә sonu) vә uyğunlaşma-trofik (E.-ın reaksiyasının intensivlik vә keyfiyyәt xarakteristikalarını) tәsiri tәmin edir. Sistemә daxil edilmiş E.-ın tәrkibi vә onların qarşılıqlı münasibәti mәşqetmә, cavabın möhkәmlәnmә dәrәcәsi vә E.-ın vәziyyәtindәn asılıdır. 3) B i o k i m y a d a E. maddәlәr mübadilәsinin fermentlә birlәşәrәk onun aktivliyini artıran, yaxud azaldan mәhsullarıdır.