EFFUZİV SÜXURLAR (lat. effusio – axma, tökülmә) – lavanın Yer sәthindә soyuması nәticәsindә әmәlә gәlәn maqmatik süxurlar. E.s.-ın böyük hissәsi sualtı vulkanların püskürmәsi nәticәsindә yaranmışdır. E.s.-ın tәrkibindә intruziv süxurlardan fәrqli olaraq ultraturş süxurlar olmur, ultraәsasi süxurlar isә çox nadir hallarda olur; nisbәtәn geniş yayılmış növlәri bazaltlar vә andezitlәrdir; nadir hallarda dasitlәrә vә liparitlәrә rast gәlinir. E.s.-ın mineraloji tәrkibi üçün vulkan şüşәsinin, iri kristalların vә porfirәbәnzәr möhtәvilәrin olması xarakterikdir. E.s. xüsusiyyәtlәrinә görә iki növ olur: kaynotip (dәyişmәmiş) vә paleotip (müәyyәn qәdәr dәyişmiş). Kaynotip E.s.-a obsidian, liparit, traxit, andezit, bazalt vә s., paleotip E.s.-a isә kvarslı por- fir, ortofir, porfirit (diabaz) vә s. daxildir. Azәrb.-da E.s. (xüsusilә paleotip) Kiçik Qafqazın mәrkәzi vә şm.-ş. hissәsindә geniş yayılmışdır. E.s. Ayda da aşkar edilmişdir.