EFFÚZİYA, g e o l o g i y a d a – lavanın (maqmanın) Yer sәthinә axması prosesi. Lavanın soyuması nәticәsindә lava axınları, lava örtüklәri şәklindә yatan effuziv süxurlar әmәlә gәlir. E. vulkanik fәaliyyәtin tәzahür formalarından biridir. E., adәtәn eksploziya – xırda qırıntıların (vulkan külü, qum vә ya tuf) vә ya iri parçaların (vulkan bombası vә şlakları) tullanması ilә müşayiәt edilir. Turş, özlü lava bәzәn axmır, sıxılıb çıxarılaraq vulkanik günbәzlәr әmәlә gәtirir.