EFİRLӘR – oksigenli üzvi birlәşmәlәr sinfi. İki yerә ayrılır: ümumi formulu R–O– R olan sadә efirlәr vә ümumi formulu R– C(O)–OR olan mürәkkәb efirlәr (burada R – eyni vә ya müxtәlif karbohidrogenlәrin radikallarıdır). Alifatik karbohidrogenlәr sırasının E.-i (mәs., etil efiri) rәngsiz maye, aromatik karbohidrogenlәr sırasının E.-i isә bәrk haldadır. Kiçikmolekullu turşuların E.-i maye (bәzilәri xoş iylidir), mürәkkәb- molekullu turşularınkı isә bәrk maddәdir. Bәzi tәbii әtirli maddәlәrdә (efir yağları, heyvan yağları, mum vә s.) efir olur. Yarımmәhsul kimi bir çox üzvi maddәnin istehsalında, habelә yeyinti sәnayesindә vә tibdә işlәdilir. Bәzilәrindәn hәlledici vә plastifikator kimi istifadә olunur.