EFÓR (Εφορος) (tәqr. e.ә. 405–330) – qәdim yunan tarixçisi. Әslәn Kiçik Asiyadakı Qum ş.-ndәndir. İsokratın tәlәbәsidir. E.-un “Tarix” әsәrindә (30 kitab, sonuncu kitab E.-un oğlu Demofil tәrәfindәn yazılmışdır) koloniyalar da daxil olmaqla bütün yunan dünyasının tarixindәn bәhs olunur. Әsәr “Heraklidlәrin qayıdışı” (qәdim yunanlar onu sәhih tarixi hadisә hesab edirdilәr) ilә başlanır vә Makedoniya hökmdarı II Filippin e.ә. 340 ildә Perinf ş.-nә qarşı hәrbi әmәliyyatlarının tәsviri ilә yekunlaşırdı. E. müasiri olduğu sivilizasiyaya mәnfi münasibәt bәslәyir, bununla belә geri qalmış bir sıra xalqların hәyat tәrzini ideal- laşdırırdı. E.-un irsi dövrümüzәdәk gәlib çatmamış, sonralar yaşayan antik müәlliflәrin (Siciliyalı Diodor vә b.) әsәrlәrindәn fraqmentlәr vә hekayәlәr şәklindә mәlumdur.