ÉGER – Macarıstanın şm.-ında şәhәr. Heveş medyesinin inz. m. Әh. 56,5 min (2011). Eger çayı (Tisanın sağ qolu) sahilindә, dağ әtәyindәdir.
Еэер галасы.
E.-in yerindә yaşayış mәskәni qәdim dövrlәrdәn mövcuddur. Orta әsrlәrdә burada alman tayfaları, sonralar isә onları әvәz etmiş avarlar, şәhәrәtrafı әrazilәrdә isә slavyanlar mәskunlaşmışdılar. 10 әsrdә macarlara mәxsus olan E. onların әn böyük dini mәrkәzlәrindәn biri olmuşdur. 13 әsrdә burada möhkәm qala inşa edilmişdir. Şәhәrin çiçәklәnmә dövrü 14–16 әsrlәrә aiddir. Matyaş Korvinin [1458–90] hakimiyyәti illәrindә E.-dә yaraşıqlı binalar inşa edilmişdir. Osmanlıların hakimiyyәti (1596–1687) dövründә E.-dә islam mәdәniyyәti yayılmışdır. 1687 ildә E. Habsburqların hakimiyyәti altına keçmişdir. 19 әsrin 50-ci illәrindә E. әhәmiyyәtini itirmәyә başlamış, şәhәr Budapeşt–Mişkolts d.y.-ndan kәnarda qalmışdır. İkinci dünya müharibәsi illәrindә digәr macar şәhәrlәrindәn fәrqli olaraq az dağıdılmışdır. Bu, memarlıq incilәrinin qorunub saxlanılmasına vә E.-in ölkәnin әsas turizm mәrkәzlәrindәn birinә çevrilmәsinә şәrait yaratmışdır.
Ş.-in tarixi mәrkәzi yaxşı saxlanılmışdır: 13 әsrdә tikilmiş, 16 әsrdә möhkәmlәndirilmiş qalada yepiskop sarayı (1470, hazırda İ.Dobo muzeyi vә şәkil qalereyası yerlәşir), türk minarәsi (17 әsrin әvvәllәri; ona bitişik mәscid 1841 ildә dağıdılmışdır), barokko üslubunda ev (1751–55, memar M.Gerl), lisey (1765–85, memar Y.Felner), klassisizm üslubunda böyük kilsә (1831–37, memar Y.Hild). Qaladan şәhәrin mәnzәrәli panoramı açılır.
Şәhәrdә yerli termal su mәnbәlәrindәn müalicә mәqsәdilә hәlә orta әsrlәrdә istifadә olunurdu. E.-dә Osmanlı imperiyası dövründәn qalmış türk hamamı, suyunun tәrkibindә rodon olan müalicәvi hovuzlar fәaliyyәt göstәrir.
E.-dә maşınqayırma (o cümlәdәn nәql. maşınqayırması; yeyinti sәnayesi üçün avadanlıq istehsalı), dәri-ayaqqabı, tütün mәhsulları istehsalı, mebel sәnayesi müәssisәlәri var. Üzümçülük vә şәrabçılıq inkişaf etmişdir.