EGÉY DӘNİZİ – Aralıq dәnizi hövzәsindә, Balkan y-a, Kiçik Asiya y-a vә Krit a. arasında yarımqapalı dәniz. Şm.-ş.-dә Dardanel boğazı vasitәsilә Mәrmәrә dәnizi ilә, c.-da adalararası boğazlarla Aralıq dәnizi ilә birlәşir. Sah. tәqr. 191 min km2-dir. 200 –1000 m dәrinliklәr üstünlük tәşkil edir, maks. dәrinliyi (c.-da) 2561 m-dir. Sahillәri girintili-çıxıntılıdır; çoxlu ada, körfәz vә boğaz var. Suyun sәthdә temp-ru qışda 11–16°C, yayda 22–25°C-dir. 350 m-dәn çox dәrinlikdә suyun temp-ru il әrzindә dәyişmir (12–13°C). Duzluluğu 37–38‰-dir. Yarımsutkalıq qabarmalar (hünd. 1 m-ә çatır) olur. E.d. Avropadan Afrikaya, Yaxın vә Orta Şәrq ölkәlәrinә mühüm su yoludur. Balıq ovlanır vә süngәr çıxarılır. Әsas portları: Pirey, Saloniki (Yunanıstan), İzmir (Türkiyә).
Еэей дянизи сащилляри. Тцркийя.