EHTİMAL FӘZASI – Ω, A, P obyektlәr üçlüyü; burada Ω – ixtiyari tәbiәtli elementlәrdәn ibarәt boş olmayan çoxluq, A – Ω çoxluğunun alt çoxluqları sinfi olan σ-cәbr, yәni hesabi sayda birlәşmәlәrә nәzәrәn qapalı olan çoxluqlar cәbri vә P – A-da ehtimalların paylanmasıdır, yәni istәnilәn A∈A üçün tәyin olunan, müәyyәnaksiomları ödәyәn funksiyadır. Ω çoxluğunun nöqtәlәri elementar hadisәlәr, Ω çoxluğu özü isә elementar hadisәlәr fәzası adlanır. Ω çoxluğunun A-ya daxil olan alt çoxluqları hadisәlәr (tәsadüfi hadisәlәr) adlanır.
A.N.Kolmoqorov tәrәfindәn daxil edilәn “E.f.” (1933) anlayışı müasir ehtimal nәzәriyyәsinin әsasını tәşkil edir.