ƏBÜL-FƏZL (1551–1602) – Hindistan salnamәçisi vә filosofu, Əkbәr Cәlalәddinin vәziri, müşaviri vә dostu. Bir çox din vә mәzhәblәrlә tanış olan Ə.-F. Əkbәrә dini dözümlülük siyasәtini aşılayır, onun xarici dövlәtlәrlә bütün diplomatik yazışmalarını aparırdı. Atasına tәsirinin güclәnmәsindәn ehtiyatlanan Əkbәrin oğlu Cahangirin әmri ilә öldürülmüşdür. Ə.-F. fars dilindә Əkbәrin hakimiyyәtindәn bәhs edәn “Əkbәrnamә” adlı böyük salnamәnin müәllifidir. Ə.-F.-in diplomatik mәktublar toplusu olan “İnşayi-Əbül-Fәzl” әsәri dә saxlanmışdır. Onun üslubu öz dövrü üçün nümunәvi sayılırdı.