ƏBÜL-HECA Mәhәmmәd ibn Hüseyn (? – 988) – Rәvvadi hökmdarı [981, başqa mәlumata görә 983/84 – 988]. Əhәr hakimi (952 ildәn) olan Ə.-H. Salari hökmdarı Mәrzbandan [942–981] asılı olmuş, Salari İbrahimә qalib gәlәrәk Rәvvadilәr dövlәtinin әsasını qoymuşdur. 987 ildә Ərminiyyәyә hücum edәn Ə.-H. Dәbil (Dvin) ş.-ni tutmuşdur. Xoy vә Urmiya feodallarını da özünә tabe edәn Ə.-H. Azәrb.-ın c. torpaqlarının çox hissәsini hakimiyyәti altında birlәşdirmişdi.