ƏBÜLHƏSƏN (Əbülhәsәn Əbülbaba oğlu Əlәkbәrzadә; mart 1906, keçmiş Şamaxı qәzasının Basqal k. – 21.5.1986, Bakı; Basqal k.-ndә dәfn olunmuşdur) – Azәrb. yazıçısı. Azәrb. SSR xalq yazıçısı (1979). 1925 ildә Bakı darülmüәllimini bitirmiş vә 1927 ilә dәk Dәrbәnd Pedaqoji Texnikumunda dәrs demişdir. İlk yaradıcılıq nümunәlәri (oçerk, mәqalә vә s.) “Maarif yolu” jurnalında vә “Dağıstan füqәrası” qәzetindә, “Sofi” adlı ilk hekayәsi 1927 ildә “Maarif vә mә dәniyyәt” jurnalında nәşr edilmişdir. Ə. bu dövrdә aktual mövzularda hekayәlәr (“Özü üçün yazanlar”, “21”, “Xanәndә”, “Tanışlar”, “Boşandı”, “Kәbutәr”, “Araz” vә s.) yazmışdır. 1930 ildә “Boşandı” adlı ilk hekayәlәr kitabı çapdan çıxmışdır. “Yoxuşlar” (h.1–2,1930–60; h. 3, 1980) romanı Azәrb. kәndindә gedәn mürәkkәb vә ziddiyyәtli kollektivlәşmә prosesinә xas reallıqları әks etdirir. İkinci dünya mühari bәsinin iştirakçısı olan Ə.-in yaradıcı lığında müharibә mövzusu әhәmiyyәtli yer tutur (“Oxu bülbülüm, oxu”, “Görüş yeri”, “Leytenant Şerban”, “Yaralı”, “Sahildә”, “Oğullar vә atalar”, “Rәşid” hekayәlәri vә s.). Müharibә dövründә Azәrb. xalqının hәyatı, onun ön vә arxa cәbhәdә göstәrdiyi fәdakarlıq, döyüş vә әmәk rәşadәti, vә tәnpәrvәrliyi “Dost luq qalası” (ilk adı “Müharibә”, 1947; kitab 1–4, 1950–70) roman-epopeyasında qәlәmә alınmışdır. “Tamaşa qarının nәvәlәri” (h.1–3, 1957–69), “Tәrs adamlar” (1967), “Utancaq” (1972) povestlәri gәnc nәslin mәnәvi tәrbiyәsi ilә bağlı problemlәrә, onların әxlaqi dünya görüşlәrinin formalaşmasına hәsr olunmuşdur. Orijinal tәhkiyә üslubu, dәrin ictimai psixologizm Ə. nәsrinin sәciyyәvi xüsusiyyәtlәrindәndir. Əsәrlәri bir sıra dillәrә çevrilmişdir. “Azәrbaycan” jurnalının redaktoru (1952–53) olmuşdur. 3 Qırmızı Əmәk Bayrağı ordeni vә medallarla tәltif edilmişdir.
Ə s ә r l ә r i: Dostluq qalası. Kitab 1–4, B., 1950–70; Dünya qopur. B., 1957; Yoxuşlar. 1962; Tәrs adamlar. B., 1967; Utancaq. B., 1975; Seçilmiş әsәrlәri. C. 1–3, B., 1984–85.
Əd:. M ü t ә l l i m o v T. Ə.Əbülhәsәnin yaradıcılığı. B., 1969; İ s m a y ı l o v Y. Əbülhәsәnin yaradıcılıq yolu. B., 1986.