ƏBÜL-HƏSƏN AMİRİ ( ), Ə b ü l - H ә s ә n M ә h ә m m ә d i b n Y u s i f ә l - A m i r i (913, Nişapur – 6.1.992, Nişapur) – İran filosofu. Hәyatı haqqında Əbu Hәyyan Tövhidi mәlumat vermişdir. Ə.-H.A. ilk tәhsilini Nişapurda aldıqdan sonra Kindinin tәlәbәsi Bәlxinin dәrslәrindә iştirak etmişdir. Hәlә gәnc yaşlarında “nişapurlu filosof” kimi mәşhurlaşmışdır. Rey, Bağdad, Bәlx vә Buxarada әdәbi-elmi mәclislәrdә iştirak etmişdir. Ə.-H.A. Aristotelin bәzi әsәrlәrinә şәrh yazmış, dövrümüzәdәk gәlib çatmayan “Əl-İnayә vәd-dirayә” әsәrindә Aristotel fәlsәfәsinin ümumi tәnqidini vermişdir. Farabi vә İbn Sina kimi, onun doktrinasında da neoplatonizmin izlәrinә rast gәlinir. Lakin axirәtin mahiyyәti vә Allahın cüzvi biliklәri barәdә düşüncәlәrindә islam tәfәkkürünә әsaslanması ilә onlardan әhәmiyyәtli dәrәcәdә fәrqlәnir. Ə.-H.A. din vә fәlsәfәnin bir mәnbәdәn qaynaqlandığı fikrini müdafiә edir, onlar arasındakı harmoniyanın üzә çıxarılması istiqamәtindә fәaliyyәt göstәrirdi. Elmlәrin dini vә fәlsәfi olmaqla ikili tәsnifatını irәli sürür, heç bir elmin dinlә ziddiyyәt tәşkil etmәdiyini göstәrirdi. İmanı düşüncә, küfrü isә tәxәyyül qüvvәsi ilә bağlamaqla onları fәlsәfәnin obyektinә çevirirdi. Ə.-H.A.-nin “Əl-İlam bi-mәnaqibilislam” әsәrindә 6 din (sabiilik, zәrdüştilik, büt pәrәstlik, iudaizm, xristianlıq vә islam) arasında hәm әqidә, ibadәt, davranış normaları vә cәza sistemi, hәm dә siyasi tarix cәhәtdәn müqayisә aparılır. O, әxlaq vә siyasәtә dair “Əs-Sәadә vәl-isad”, “Əl-әmәd әlә-әbәd”, gözün anatomiyasına dair “Əl-
әbsar vәl-mübsәr” vә s. әsәrlәrin müәllifidir.