ƏBÜLHƏSƏNXAN Musa oğlu (tәxәllüsü İqbali Azәr) (1870, Qәzvin yaxınlığındakı Əlvәnd k. – 5.2.1971, Tәbriz) – Cәnubi Azәrbaycan xanәndәsi. Ə. ilk musiqi tәhsilini qәzvinli musiqişünas Hacı Molla Kәrimdәn almış, muğam ifaçılığı sәnәtini Tәbrizdә Mirzә Sәttardan öyrәnmişdir. 1908 ildәn İran inqilabına (1905–11) qoşulmuş, Sәttarxan ona “İqbali-Azәr” adını vermişdir. Ə. 1914 ildә Avropaya qastrol sәfәrinә çıxarkәn әvvәlcә Tiflisә gәlmiş, burada onun bir neçә konserti olmuşdur. Tiflisdә ilk konserti (1914) “Kazyonnı teatr”da (indiki Z.Paliaşvili ad. Opera Teatrı) olmuş, sәsi ilk dәfә burada “Qrammofon” şirkәti tәrәfindәn vala yazılmışdır. O zaman Tiflisdә yaşayan mәşhur müğәnni S.Şu şinski Ə.-ın konsertlәrindә iştirak etmişdir. Güclü, mәlahәtli, gözәl tembrli sәsә malik Ə.-ın ifasında Şur, Çahargah, Mahur, Əbu-Əta, Kürd-Şahnaz, Bayatı-Şiraz, xüsusilә Segah muğamları yüksәk emosionallıqla sәslәnmişdir. Özünә mәxsus tәrzdә ifa etdiyi Segah muğamı İranda “Əbülhәsәnxan segahı” adı ilә mәşhurlaşmışdır. Azәrb. xanәndәlik mәktәbinin incәliklәrini mükәmmәl bilәn ustad xanәndә bütün Yaxın Şәrqdә şöhrәt qazanmışdı.
Əd.: Ş u ş i n s k i F. Azәrbaycan xalq musiqiçilәri. B., 1985.