ƏBÜL-HÜSEYN BƏSRİ ( ), M ә h ә m m ә d i b n Ə l i ә l B ә s r i (?, Bәsrә – 1044, Bağdad) – mötәzilә mütәkәllimi, fiqh üsulu alimi. Hәnәfiyyә mәzhәbinә mәnsub olmuşdur. Qazı Əbdülcәbbarın tәlәbәlәrindәndir. Fәlsәfәyә xüsusi diqqәt ayırmış, mәşşaiyyәyә (şәrq peripatetizminә) meyil etmişdir. Əşәriyyә, mötәzilә vә fәlsәfәyә xas fikirlәrdәn ibarәt sinkretik düşüncә sisteminә malik olmuş, çox zaman mötәzililәrin tәnqidinә mәruz qalmışdır. Ə.-H.B. bütün hallarda ağlın roluna üstünlük verir, әhval nәzәriyyәsini (bax Əbu Haşim) rәdd edәrәk, kainatın yenilәnmәsi prosesindә halların da yenilәnmәsini tәsdiqlәyirdi. Onun fikrincә, hәr bir predmetdә vücud vә mahiyyәt birdir. Bu baxımdan vücud aradan getdikdә, mahiyyәt dә yox olur. Ən mәşhur әsәri “Əl-Mutәmәd fi üsul әl-fiqh”dir.