ƏBÜL-HÜZEYL ƏLLAF ( ), M ә h ә m m ә d i b n ә l - H ü z e y l i b n A b d u l l a h ә l - Ə b d i (tәqr. 752, Bәsrә – 849/50, Samirә) – mötәzilә alimi. Hәyatı haqqında mәlumat azdır. İlk tәhsilini Bәsrәdә almışdır. Cәdәl (polemika) elminin banisi hesab edilәn Ə.-H.Ə. mötәzilәnin mәzhәb olaraq formalaşmasında vә kәlam elmindә mühüm rol oynamışdır. Əsasәn, tәbiәt fәlsәfәsi, ilahisifәtlәr, axirәtlә әlaqәdar kәlam mәsәlәlәri üzәrindә dayanmış, bu mövzulara dair müxtәlif әsәrlәr yazmışdır. Əsәrlәri günümüzәdәk çatmadığından, onun fikirlәrinin bir qisminә Əbül -Hüseyn Xәyyat vә Qazi
Əbdülcәbbar kimi alimlәrin qeydlәrindә rast gәlinir. Ə.-H.Ə.-a görә, ilahi sifәtlәr (atributlar) Allahın zatı (substansiyası) ilә eynidir; hәyat, elm vә qüdrәt Onun zatından ibarәtdir vә sifәtlәrindәn fәrqlәnmir. Sifәtlәr “zati” (substantiv) vә “feili” (aktiv) olmaqla iki qrupda birlәşir. İnsan mütlәq iradә sahibidir, Allahın qüdrәti insanın bacarıq sahәsinә şamil deyil. Ə.-H.Ə. atomik nәzәriyyәni yunan fәlsәfәsindәn әxz edәrәk, ona islami mahiyyәt aşılamış, materialist anlayışından daha dolğun şәkildә şәrh etmişdir: maddi alәm atomlardan ibarәtdir; bölünmәyәn әn kiçik hissәcik olan atom “ölçüsüz cövhәr”dir (geometrik nöqtә); atomlar arasındakı bağlantılar özözünә reallaşmadığından zәruri deyil; atomlar sonlu vә mәhdud olduğundan, kainat da bütövlükdә sonlu vә mәhduddur. Onun bu sahәdәki fikirlәri özündәn sonrakı kәlam mütәfәkkirlәrinә güclü tәsir göstәrmişdir.