ƏBÜLXEYR (1412–1468) – Cucilәr nәslindәn özbәk xanı [1428–68]. Özbәk, qıpçaq vә b. köçәri tayfaları birlәşdirәrәk Sibirdәn Sırdәryayәdәk geniş әrazini әhatә edәn dövlәtin әsasını qoymuşdu. 1430–31 illәrdә Xarәzmi dә birlәşdirmişdi. 1447 ildә Sığnaq, Uzgen (Özgön) vә s. şәhәrlәri tutaraq, Sırdәryada möhkәmlәnmişdi. Dәfәlәrlә Teymurilәrin müharibәlәrinә qoşulmuşdu. Tәqr. 1463–64 illәrdә kalmıklar ona güclü zәrbә vurdular. Ölümündәn sonra yaratdığı dövlәt dağılsa da, 15 әsrin 80-ci illәrindә Mәhәmmәd Şeybani tәrәfindәn yenidәn bәrpa olundu.