ƏBÜLQAZİ BAHADUR XAN – (1603, Ürgәnc – 1663, Xivә) – özbәk şairi, tarixçi, dövlәt xadimi, Xivә hökmdarı Ərәb Mәhәmmәd xanın [1602–23] oğlu. Bir müddәt Ürgәncin hakimi olmuş, 10 il İsfahanda yaşamışdır. 1642 ildә Ürgәncә qayıtmış, qardaşı İsfәndiyar xanın [1623–43] vәfatından sonra Xivә xanı seçilmişdir. 1643 ildә hakimiyyәti oğlu Ənüşәyә [1643–63] verәrәk yaradıcılıqla mәşğul olmağa başlamışdır. İki әsәri dövrümüzәdәk gәlib çatmışdır: “Şәcәreyi-tәrakimә” vә “Şәcәreyi-türk” (hәr ikisi cağatay türkcәsindә). Ən qәdim nüsxәsi Daşkәnd kitabxanasında saxlanılan “Şәcәreyi-tәrakimә” -nin 1892 ildә rus dilinә tәrcümәsi (Aşqabad), 1937 ildә isә faksimilesi (Türk dil qurumu) çap olunmuşdur. Əsәr tuğluqoğulları vә Xorasan türkmәnlәri barәdә mühüm mәnbә hesab olunur. “Şәcәreyitürk” Ə.B.X.-ın ölümündәn sonra Ənüşә tәrәfindәn tamamlanmışdır (1665). 9 fәsildәn ibarәt olan әsәr, әsasәn, Şeybanilәr xanәdanının, elәcә dә moğolların, monqolların, qıpçaqların, Orta Asiya vә Krım y-a-nın tarixini әhatә edir. Alman, fransız, rus, türk dillәrinә tәrcümә olunmuş, 1726 (Haaqa), 1826 (Qazan), 1871 (Peterburq) illәrdә çap edil mişdir. Ə.B.X.-ın qәzәllәri, qәsidәlәri vә mәsnәvilәri dә olmuşdur.