ƏBÜL-MƏHASİN Hüseyn ibn Əli Tәbrizi (? –?) – 11 әsr Azәrb. şairi. Hәyatı vә yaradıcılığı haqqında mәlumat azdır. Ərәb dilindә yazmışdır. Şair haqqında yeganә mәlumat vә onun “Lamiyyә” şeirinin bir hissәsi Əbul-Hәsәn әl-Baxәrzinin (?–1074) “Dumyat әl-qәsr vә usrat әhl әl-әsr” (“Qısa tәsvir vә әsrin seçilmiş adamları”) tәzkirәsindә Azәrb. şairlәrinә hәsr edilmiş bölmәdә verilmişdir. Ə.-M. Tәbrizdә yaşayıb-yaratmışdır. “Lamiyyә” mәdhiyyәsindә Sәlcuqilәr dövlәtinin vәziri Nizamülmülk (?–1092) tәd birli siyasi xadim, islam alәminin әdalәtli, әqidәli şәxsiyyәti, müdrik natiq kimi göstәrilir. Şeirdә maarifpәrvәr vәzirin öyülmәsi ilә yanaşı, mühitdәn narazılıq әksini tapır, hәmçinin Tәbrizin ürәkaçan tәbiәtindәn vә qәdim әrәb qәsidә әnәnәlәrindәn bәhs edilir. Yüksәk şairanәlik, incә lirizm, zövqlә yaradılmış tәbiәt mәnzәrәlәrindә olduğu kimi, döyüş sәhnәlәrinin poetik ifadәsindә dә Ə.-M. realist sәpkiyә üstünlük verir. İstәr bәnzәtmәlәri, mübaliğә vә tәzadları, istәrsә dә tәhkiyә tәrzi tәbii vә inandırıcıdır. Azәrb. әdәbiyyatşünaslığında Ə.-M. haqqında ilk mәlumatı prof. M.Mahmudov vermişdir.
Əd.: Ə b u l - H ә s ә n ә l - B a x ә r z i. Dumyat әl-qәsr va usrat әhl әl-әsr. Beyrut, I c.; M a h m u d o v M. Ərәbcә yazmış azәrbaycanlı şair vә әdiblәr (VII–XII әsrlәr). B., 2006.