Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏBÜLÜLA GƏNCƏVİ

    ƏBÜLÜLA (Ə b ü l ә l a) GƏNCƏVİ (әsl adı Mahmud Nizamәddin; 1096/97, Gәncә – 1159, Gәncә) – 12 әsr Azәrb. şairi. Ə.G.-nin hәyatının Gәncә dövrü haqqında mәlumat çox azdır. Şair 1139/40 ildә Şirvanşahlar sarayına dәvәt olunmuş, sarayda böyük nüfuz qazanmış, mәliküş-şüәra rütbәsinә qәdәr yüksәl mişdir. Gәnc Əfzәlәddini Şirvanşah III Mәnuçöhrә Ə.G. tәqdim etmiş vә ona “Xaqani” tәxәllüsünü vermişdir. Bir çox tәdqiqatçı onun Xaqani Şirvaninin qayınatası olduğunu söylәsә dә, bәzilәri bunu inkar edir. 50–60-cı illәrdә saray çәkişmәlәrinә cәlb olunan Ə.G.-ni düşmәnlәri qәsdәn nüfuzdan salmağa çalışmışlar. Hәmin dövrdә Xaqani ilә arasında ziddiyyәt yaranmış vә onlar bir-birinә hәcvlәr yazmışlar. Ə.G.-nin әdәbi irsi tam şәkildә hәlәlik tapılmamışdır. Özündәn әvvәlki әdәbi irsi, elmi fikri yaxşı bilәn Ə.G. dövrünün qabaqcıl ziyalılarından olmuşdur. Əldә olan azsaylı şeirlәri vә “Qә sәmnamә” (“Andnamә”) qәsidәsi onun yetkin, güclü bir şair, hәyat sınaqlarından çıxmış sәnәtkar olduğunu göstәrir. “Qәsәmnamә” fәlsәfi-bәdii ifadә dәrinliyi vә gözәlliyi, lirik-epik genişliyi ilә seçilir. Əsәrdә şair zәmanәsinә görә çox dәbdә olan qәsidә janrının geniş imkanlarından bәhrәlәnmişdir. “Qәsәmnamә” vә qitәlәrindә realizm çox güclüdür. Xüsusilә qitә bir janr kimi şairә çevrәsindә baş verәn çoxçeşidli hadisәlәrә münasibәt bildirmәyә imkan vermişdir. Bәdii ümumilәşmәlәr, bununla bağlı müraciәtlәr, nidalar Ə.G. şeirinә dramatik bir gәrginlik vә dinamika vermişdir. Şair mәtni ağırlaşdıran lüzumsuz ifadә vә bәdii suallardan çәkinmişdir. Ə.G. şeiri üçün mәlahәtli vә incә “qınamalar”, şux, tikanlı, yerli-yerindә deyilmiş ifadәlәr, sәtiraltı tәnqid sәciyyәvidir. Obrazlı düşüncә, bәdii ifadә vә el deyimlәri ilә tәsvir, mәzmun vәhdәti Ə.G.-nin zәmanәmizә qәdәr gәlib çatmış şeirlәrinin başlıca xüsusiyyәtlәridir. Bu şeirlәr şairin qorxmazlıq, doğruçuluq vә yurdsevәrliyini, insanpәrvәrliyini, zülmә qarşı çıxmaq cәsarәtini әks etdirir. Ə.G. Azәrb. әdәbiyyatında ictimai-fәlsәfi şeirin ilk nümunәlәrini yaratmışdır. Onun Azәrb. bәdii söz sәnәtinin zәnginlәşmәsindә, elәcә dә X.Şirvani vә F.Şirvaninin sәnәtkar kimi yetişmәsindә böyük xidmәti olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç