ƏBÜL-VƏFA ә l - B ü z c a n i (Mәhәmmәd bin Mәhәmmәd) (10.6.940, İran, Buzgan qәs. – 1.7.998, İraq, Bağdad) – әrәb astronomu, riyaziyyatçı. 960 ildәn Bağdad rәsәdxanasında işlәmişdir. Hesab, cәbr, hәndәsә vә astronomiyaya dair bir sıra orijinal әsәr yazmış, Diofantın әsәrlәrini әrәb dilinә tәrcümә etmişdir. “Hesab elmindәn katiblәrә vә kargüzarlara nә lazımdır” kitabı tam vә kәsr әdәdlәr üzәrindә әmәllәrә, müstәvi fiqurların, cisim vә mәsafәlәrin ölçülmәsinә, mәnfi vә müsbәt әdәdlәr anlayışına, hesabın bir sıra mәsәlәsinә, “Sәnәtkarlar hәndәsi qurğulardan nәyi bilmәlidir” kitabı isә pәrgar vә xәtkeşlә hәll edilә bilәn hәndәsi qurma mәsәlәlәrinә aiddir. O, ilk dәfә tangens vә kotangens anlayışını elmә daxil etmiş, tangenslәr teoreminin isbatını vә sin1°-nin dәqiq hesablanması üsulunu vermiş, Ayın hәrәkәtindәki variasiyaları aşkara çıxarmışdır.