ƏBÜZZİYA Mehmet Tevfik (17.2.1849, İstanbul – 27.12.1913, İstanbul) – türk jurnalisti, yazıçı, xәttat vә naşir. Dövrünün әn tanınmış ziyalılarından olan Ə. bir neçә dil (әrәb, fars, fransız, alman vә yunan) bilirdi. “Ruznamei Cәridei-Havadis” (1864 ildә bu qәzetdә işә başlamışdır), “Tasvîr-i Efkâr”, “Tәrәqqi” qәzetlәrindә, “Hәqaiqul-vәkayi”, “Diyojen”, “Çınqıraqlı tatar”, “Xәyal” jurnallarında çalışmışdır. Türkiyәdә “Tәrәqqi Muhәddәrat” adlı ilk qadın jurnalını, “Tәrәqqi әylәncәsi” vә “Lәtaifi-әsәr” adlı ilk satirik jurnalları, elәcә dә ilk dәfә almanaxlar buraxmışdır. Namiq Kamalın yaratdığı “Yeni Osmanlılar” cәmiyyәtinin üzvü olmuşdur (1866). Dünyagörüşünә vә siyasi baxışlarına görә Dövlәt şurasında tutduğu vәzifәdәn uzaqlaşdırılmışdır (1872; 1892 ildә yenidәn bu qurumun üzvü seçilmişdir). “Tәsvîri-Efkâr” mәtbәәsinin sahibi olan Ə. “İbrәt” (1872; 19 nömrә), “Hadika” (1872; 59 nöm rә), “Sirac” (1873; 17 nömrә) qәzetlәrini vә “Cüzdan” (1873) jurnalını nәşr etdirmişdir. Namiq Kamalın “Vәtәn, yaxud Silistrә” (1873) dramı tamaşaya qoyulduqdan sonra “İbrәt”dә dәrc etdiyi mәqalәlәrinә görә Əhmәd Midhәt ilә birgә Rodos a.-na sürgün olunmuşdur (1873–76). Bu dövrdә “Mühәrrir” (1875–77) jurnalını buraxmış, mәqalәlәrini “Əbüzziya” imzası ilә yazmışdır (bu imza sonralar ailәsinin soyadına çevrilmişdir). Rodosda sürgündә olarkәn ilk türk әdәbiyyatı antologiyası “Nümunei-Ədәbiyyat-i Osmaniyyә”ni hazırlamışdır. İstanbula qayıtdıqdan sonra Əhmәd Midhәtlә birlikdә Qәrb tәhsil sisteminә әsaslanan ilk ibtidai mәktәb olan “Mәdrәsei-Süleymaniyyә”ni qurmuşdur (1876). O, ilk Türkiyә konstitusiyasını (1876) hazırlayanlardan biridir. “Mәcmüәi-Əbüzziya” jurnalını (1880–1913; 159 nömrә), Namiq Kamal, Şinasi, Mәnapirizadә Nuri, Qayazadә Rәşad bәy kimi yazıçıların әsәrlәrinin yer aldığı “Kitabhanei-Mәşahir” vә “Kitabhanei-Əbüzziya”nı, hәmçinin “Lüğәti-Əbüzziya”nı nәşr etdirmişdir (1888). 1893–1900 illәrdә dәfәlәrlә hәbs olunmuş, mәtbәәsi bağlanmışdır. Osmanlı Mәclisi- Mәbusanının üzvü olmuşdur (1908). Şinasi ailәsindәn “Tәvsîr-i Efkâr” qәzetinin hüquqlarını alaraq “Yeni Tasvîri-Efkâr” adı ilә buraxmışdır (31 may 1909–27 yanvar 1913; 649 nömrә). Qәzet bir neçә dәfә bağlansa da, müxtәlif adlarla (“Tasvîri-Efkâr”, “İntihabi-Efkâr”, “Haqq”) yenidәn nәşr olunmuşdur. Dövrünün mәşhur kufi xәttatlarından olan Ə. “Ulduz sarayı”, “Ulduz camesi” vә s. binaların bәzәdilmәsindә iştirak etmişdir.