ƏBÜZZİYA Übeydullah Talha (1879, İstanbul – 1921, İsveçrә, Luqano) – türk jurnalisti, mәtbәәçi. Atası Əbüzziya Mehmet Tevfikin mәtbәәsinә (Matbaa-i
Ebüzziya) vә “Tәsvîr-i Efkâr” qәzetinin nәşrinә rәhbәrlik etmişdir (1911). Atasının ölümündәn sonra (1913) qәzetin baş mәqalәlәrini Ə. yazmışdır. Milli azadlıq mübarizәsi dövründә (1918–22) gizli “Milli Mücadilә” tәşkilatına daxil olmuşdur. İstanbul Antanta qoşunları tәrәfindәn işğal edilәn zaman (16 mart 1920) Ə. hәbsә alınmış vә qәzetin nәşri dayandırılmışdır. Xәstәliyinә görә İsveçrәyә müalicәyә getmәsinә icazә verilmiş vә orada vәfat etmişdir.