ƏBÜZZİYA Ziyad (1911, İstanbul – 26. 5.1994, İstanbul) – türk jurnalisti, Əbüzziya Mehmet Tevfikin nәvәsi, Talha Əbüzziyanın oğludur. İstanbul Un-tinin hüquq fakültәsini bitirmişdir (1936). Əmisi Əbüzziya Vәlidin nәşr etdiyi “Zaman” qәzetindә fәaliyyәtә başlamış (1933), onunla birlikdә “Tәsvîr-i Efkâr” qәzetini buraxmışdır (1940–45). Əbüzziya Vәlidin ölümündәn sonra hәmin qәzeti Cihan Baban ilә birgә “Tәsvir” adı ilә buraxmışdır (1945–49). Ə. “Son saat” qәzetini nәşr etdirmiş (1946– 56), “Tәsvir nәşriyyatı”nı qurmuş (1943), “Matbaa-i Ebüzziya”nın müdiri olmuşdur (1933–47). Türkiyә Böyük Millәt Mәclisinin üzvü (1950, 1954), Hürriyyәt partiyasının qurucularından biri (1955–58), Ümumdünya vә Avropa Şurası parlamentarilәri birliklәrinin Türkiyә tәmsilçisi (1950–60) vә Avropa Şurasının üzvü (1950–57) kimi fәaliyyәt göstәrmişdir. Ə. Orta Doğu Texniki Un-tinin qurucula-rı vә idarә heyәti üzvlәrindәn biri (1955–60), “Türk Mәdәniyyәtinә Xidmәt Vәqfi” (1985–89), “Bәyoğlu GEN Kitab Sarayı”, “GEN-AR Sәnәt Qalereyası vә Klubu”nun tәsisçilәrindәn idi. 1938–85 illәrdә pedaqoji fәaliyyәtlә mәşğul olmuşdur. “Son havadis” qәzetindә bir müddәt baş redaktor vәzifәsindә çalışdıqdan (1974) sonra siyasi hәyatdan vә jurnalistikan uzaqlaşmışdır.