Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏCDADA SİTAYİŞ

    ƏCDADA SİTAYİŞ –  dinin ilkin formalarından biri; әcdadların ruhuna pәrәstiş. Ə.s. dәfn mәrasimlәri vә axirәt barәdә tәsәvvürlәrlә sıx bağlıdır. Ölәnlәrin o biri dünyaya keçәrәk, fövqәltәbii imkanlar әldә etdiyi vә qәbilә ruhları panteonuna daxil olaraq, hәyatda olanları real vә mifik әcdadlarla, elәcә dә digәr fövqәltәbii qüvvәlәrlә bağlayan zәncirin bir halqasına çevrildiyi tәsәvvür edilirdi. Adәtәn “düzgün” ölümlә dünyadan köçәn әcdadlara (“natәmiz” ölülәrdәn – intihar edәnlәr, cadugәrlәr vә b.-dan fәrqli olaraq) pәrәstiş olunurdu. Əcdadların (yaxud onların ruhlarının) yerә mövsümi (әsasәn, qış vә yay günәşdurumunda, elәcә dә yazda vә payızda – bax Tәqvim ayinlәri) qayıdışı vә onların yenidәn doğulması (reinkarnasiya) haqqında tәsәvvürlәr var idi. Dirilәr ölülәr üçün xüsusi müәyyәnlәşdirilmiş ayinlәri yerinә yetirmәyә borclu idilәr. Ayinlәrә etinasız yanaşıldığı tәqdirdә әcdadların qisas alacağına inanılırdı; belә ki, onlar eyni zamanda hәm xeyirxah (evin, ocağın himayәdarı, nәslin qoruyucusu), hәm dә qorxunc vә tәhlükәli tәsәvvür edilirdi. Ə.s. hәmçinin keçmiş nәsillәrdәn olan ölülәrlә, adәtәn mәni qәhrәmanlar vә totemlәşdirilmiş әcdadlar (bax Totemizm) kimi çıxış edәn miflәşdirilmiş әcdadlarla sıx bağlı idi. Bәzәn mifik әcdadlar mәhsuldarlıq allahları (bax Mәhsuldarlıq kultu), ana-ilahәlәr (bu qәbil ilahәlәrin әn qәdim tәsvirlәri, adәtәn, “Paleolit veneraları” hesab edilir), yaxud axirәt dünyasının hakimlәri kimi tәsәvvür olunurdu. Ə.s. patriarxal cәmiyyәtlәrdә (qәdim romalılar, çinlilәr vә b.; Çindә konfutsiçiliyin әsasını tәşkil edirdi), elәcә dә kişi evlәri, kişi ittifaqları gizli ittifaqlar daxilindә daha çox inkişaf etmiş, bir sıra әvi cәmiyyәtlәr (Afrika, Melaneziya vә Yeni Qvineya) başlıca inanc formasına çevrilmişdi. Potestar tәşkilatın yaranması ilә bütün xalqın әcdadı kimi qәbul edilәn nәsil әcdad-başçılarına sitayiş xüsusi әhәmiyyәt kәsb etdi. Erkәn dövlәti qurumlarda bu, adәtәn, dövlәt kultuna çevrilirdi. Antropologiya tarixindә Ə.s. dinin ilkin forması kimi nәzәrdәn keçirilir (H.Spenser, Y.Lippert vә b.-dan başlayaraq).

    Ə.s. hәlә qәdimdәn Azәrb.-da da mövcud olmuşdur. Arxeoloji qazıntılar zamanı Azәrb.-da aşkar edilmiş e.ә. 1-ci minilliyin 2-ci yarısı vә eramızın 1-ci minilliyinә aid daş heykәllәrin Ə.s.-lә әlaqәdar meydana gәldiyi ehtimal edilir (bax Daş heykәllәr). Qәbirlәri müqәddәs hesab etmәk, әcdad qәbrinә and içmәk kimi Ə.s. qalıqlarına indi dә tәsadüf olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç