ƏCƏL – Allah tәrәfindәn hәr bir canlı üçün әvvәlcәdәn müәyyәn edilmiş vaxt; sonu ölüm olan zamanı ifadә edәn kәlam termini. Bәzi ayәlәrdә Ə.-dәn Ay, Günәş vә digәr planetlәrin nizamlı hәrәkәt vaxtı (13:2; 30:8), bәzilәrindә göylә yer arasında kosmik nizamın pozulacağı vaxt (6:2; 14:10; 29:5, 53) kimi bәhs olunur. Ə. ilә bağlı ayәlәrdә Allahın hәr bir canlı üçün yaşam vә ölüm vaxtını müәyyәnlәşdirdiyi ifadә edilir (6:2, 60). Ə. yalnız Allaha mәlumdur.