ƏCƏMİ Əbubәkr oğlu Naxçıvani (12 әsrin 20-ci illәri – 12 әsrin sonu) – orta әsrlәr Azәrb. memarlığının görkәmli nümayәndәsi. Naxçıvan memarlıq mәktәbinin banisi. Tikililәrinin üzәrindәki kitabәlәrdә özünü “Əbubәkr oğlu Əcәmi, naxçıvanlı memar” adlandıran Ə. ”Şeyxül-mühәndisin” (mühәndislәrin başçısı) lәqәbini daşımışdır. Ə.-nin yaradıcılığı 12 әsrdә Azәrb. atabәylәri Eldәnizlәrin paytaxtı Naxçıvan ş. ilә bağlı olmuşdur. Ə.-nin mәlum olan ilk tikilisi Yusif ibn Küseyir türbәsidir. Bu abidәdә bәdiiliklә memarlıq tektonikası (arxitektonika) ahәngdar şәkildә birlәşmişdir. Ə.-nin tikililәri Naxçıvan ş.-nin mәrkәzindә yerlәşirdi. O, burada әzәmәtli Mömünә xatın türbәsini, qoşa minarәli baştağ kompozisiyası şәklindә tikilini (1187), dövrümüzәdәk mühafizә olunmayan böyük Cümә mәscidini vә mәnbәlәrdә “Darülmülk” adlandırılan Eldәnizlәr sarayını (?) yaratmışdır. Yusif ibn Küseyir türbәsi (1162) ilә Mömünә xatın türbәsinin (1186) inşası arasındakı vaxt әrzindә Ə.-nin tikdiyi binalar haqqında mәlumat yoxdur. Lakin bu iki abidәnin müqayisәsi onun yaradıcılığının mәhz hәmin dövrdә cilalandığını göstәrir. Tarixi mәnbәlәrә görә, vaxtilә Naxçıvanda tikilmiş bir sıra memarlıq abidәlәrinin Ə. sәnәtinә mәxsus olduğu ehtimal edilir.
Яъями Нахчывани. Мюмцня хатын тцрбяси. 1187.
Memarlıq prinsiplәrinin tәkmillәşdirilmәsi vә mürәkkәblәşdirilmәsi әsasında ucaltdığı onguşәli Mömünә xatın türbәsi monumental abidәdir. Türbә yeraltı hissәsinin quruluşu, xarici sәthlәrinin vә bu sәthlәri bir-birindәn ayıran tillәrin memarlıq bölgülәrinin hәlli, elәcә dә hәndәsi ornamentlәrin tәrtibi cәhәtdәn misilsiz sәnәt nümunәsidir. Ə. Mömünә xatın türbәsinin ornamentlәrini hәndәsi sistemlәri xatırladan mürәkkәb naxış şәbәkәsi kimi tәqdim etmiş, abidәnin ümumi kompozisiyasına daxil olan kufi xәtli kitabәlәri ornament-bәzәklәrinә uyğunlaşdırmışdır.
Яъяминин портрети. Ряссам Е.Шащтахтинскайа.
1976. Азярбайъан Милли Инъясянят Музейи.
Ə. yaradıcılığının Azәrb. vә Yaxın Şәrq ölkәlәri memarlığına böyük tәsiri olmuşdur. Marağadakı Göy günbәz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbәsi (13 әsr), Qarabağlar, Bәrdә vә Sәlmas türbәlәri (hamısı 14 әsr), türk memarı Sinanın (16 әsr) İstanbulda tikdiyi türbәlәr vә s. abidәlәrdә Ə. üslubunun tәsiri görünür.
Йусиф ибн Кцсейир тцрбяси. 1162.
Ə.-nin yaradıcılığı 12 әsr Azәrb. mәdәniyyәti vә ictimai fikrindәki intibahın parlaq tәzahürlәrindәndir. Tikililәrindәki zәriflik, memarlıq bölgülәrinin quruluşu, ornament bәzәklәrinin oynaqlığı orta әsr anlayışı çәrçivәsinә sığmayan bәdii tәfәkkürün mәhsuludur. Onun ornament kompozisiyaları bәdiiliklә riyazi tәfәkkürün üzvi birlәşmәsinә әsaslanır. Ə. memarlıq sәnәtinin başlıca problemlәrindәn olan arxitektonikanın dünya memarlığında az tәsadüf edilәn parlaq hәllini tapmıç mühәndis vә sәnәtkar olmuşdur. Onun yüksәk mühәndislik qabiliyyәti Qәrbi Avropa memarlarından bir әsr әvvәl Mömünә xatın türbәsinin sәrdabasında qurduğu nervürlü tağlar sistemindә vә onun oturacağındakı mürәkkәb ornamentlәrin әvvәlcәdәn hazırlanmış tavalar şәklindә tәrtibindә, Cümә mәscidinin nәhәng günbәzindә vә qoşa minarәlәrdә özünü göstәrir.
Гарабаьлар тцрбяси. 14 яср.
1976 ildә böyük memarın anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. H.İbrahimovun “Əsrin ondabiri” romanı Ə.-nin hәyat vә yaradıcılığına hәsr edilmişdir.
Əd.: J a c o b s t h a l E. Mittelalterliche Bacsteinbauten zu Nachtschewan im Araxesthale. “Deutsche Bauzeitung”, Sonderabdruck, Berlin, 1899; S a l a m z a d ә Ə.V. Əcәmi Naxçıvani. B., 1976; y e n ә o n u n, Əcәmi Əbubәkr oğlu vә Naxçıvan memarlıq abidәlәri. B., 1976.