ƏCƏMOV Keykavus Yusif oğlu (d. 14. 8.1941, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1982), prof. (1985). Azәrb. Resp. әmәkdar müәllimi (2000). Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1965). Hәmin in-tda baş müәllim, dosent (1968–72), dekan (1982–87), kafedra müdiri (1989–2010) olmuş, 2010 ildәn kafedranın prof.-udur. Əsas tәdqiqatları molibden katalizatorlarının iştirakı ilә olefinlәrin çevrilmә reaksiyalarının öyrәnilmәsinә hәsr edilmişdir. 446 elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.