ƏCİLİ – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), Oxçu çayının sağ qolu olan Əfşәrli çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәndin ermәni daşnakları tәrәfindәn qovulmuş әhalisi yalnız bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıda bilmişdir. 1960 ildә Ə. lәğv edilmiş, әhalisi isә azәrb.-ların yaşadığı qonşu kәndlәrә köçürülmüşdür.