ƏCR – islamda insanın әmәllәrinә görә alacağı әvәz. Quranda tәk vә cәm formada 105 dәfә xatırlanan “Ə.” sözü daha çox “mükafat”, bәzәn dә “cәza” (mәs. 3:185) mәnasındadır; iki yerdә “mehriyyә” mәnasında da işlәnmişdir (4:24,25). Ayәlәrә görә, müsibәtlәrә vә çәtinliklәrә qarşı sәbirli olub, Allahı çox zikr edәnlәrә, günahkarları bağışlayıb sülhü qoruyanlara, namaz qılanlara vә zәkat verәnlәrә axirәtdә böyük Ə.-lәr verilәcәk, bu zümrәlәrin etdiklәri gözәl işlәrin Ə.-lәri qat-qat artaraq davamlı olacaq.